Lənkəranda əmək yarmarkası
Lənkəranda ənənəvi əmək yarmarkası keçirilib. APA TV-nin məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya rayonun 26 müəssisə və təşkilatından 260 boş iş yeri çıxarılıb. Bunun 10-u dövlət, 10-u qeyri-dövlət, 2-si xarici şirkət, 4-ü fiziki şəxs olmaqla, 88-i fəhlə, 146-sı qulluqçu, 26 yer isə xidmət sahələri üzrə olub. Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyevin sözlərinə görə, yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək, iş seçimində kömək etmək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarətdir.
Gün boyu davam edən tədbir zamanı 74 nəfər işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilib, 24 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.