Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 6 nəfərə çatdı

Gürcüstanda daha iki nəfər "donuz qripi" (H1N1) virusundan ölüb.

 

APA TV-nin Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.

 

Məlumata görə, 2016-cı ilin yanvar ayının əvvəlindən indiyədək 5 nəfər “donuz qripi”ndən və bir nəfər H3N2 virusundan dünyasını dəyişib.

 

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi Gürcüstanda "donuz qripi" xəstəliyinin yayılması səbəbindən bütün tibb müəssisələrinin və təcili yardım xidmətinin gücləndirilmiş iş rejiminə keçdiyini bildirib.

 

Müəllif | Apa.Tv