Parisdə çantasında silah olan iki nəfər tutuldu - TERROR TƏHLÜKƏSİ

Parisdə çantasında silah olan bir nəfər tutulub. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, hadisə Parisdəki "Disneyland" əyləncə parkında baş verib.

 

Məlumata görə, Parisdə hoteldə qalan şəxs saxlanılarkən çantasından iki silah çıxıb. Silahlar hoteldəki "X-ray" cihazı vasitəsilə müəyyən edilib. Polisin "Disneyland" əyləncə parkında əməliyyatı zamanı gənc oğlanın yanındakı 28 yaşlı qız qaçıb. O, 4 saata yaxın aparılan axtarış əməliyyatından sonra tutulub.

 

Məlumat üçün bildirək ki, Fransa hökuməti noyabrın 13-də baş verən terrordan sonra ölkədə elan olunan fövqəladə vəziyyəti daha 3 ay uzadıb.

 

Müəllif | Apa.Tv