Dollar ucuzlaşdı, avro və rubl bahalaşdı - RƏSMİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı valyutaların yeni məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının kursu 1,6008 manat səviyyəsində müəyyənləşib. Bivalyuta səbətinə daxil olan avro isə bir gün əvvələ nisbətən bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7495 manatdır.
Rusiya rublunun dəyəri isə 2,43% artıb. Hazırda 1000 Rusiya rublunun dəyəri 21 manatdır.
Qeyd edək ki, Mərkəzi Bank həftənin son məzənnələrini bu axşam açıqlayacaq. Yanvar ayından etibarən Mərkəzi Bank hər cümə günü üç günlük məzənnə açıqlayır.