Yaponiyada rüşvət qalmaqalı: iqtisadiyyat naziri istefa verdi

Yaponiyanın iqtisadiyyat naziri Akira Amari barəsində yayılan rüşvət iddialarını qəbul etməsə də, vəzifəsindən istefa verib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bu addımı ilə o, baş nazir Şinzo Abenin ölkə iqtisadiyyatını canlandırmaq üçün keçirdiyi islahatlara xələl yetirməmək istədiyini açıqlayıb.

 

Abenin müəyyənləşdirdiyi iqtisadi islahat planının əsas oyunçusu olan Amari rüşvət almadığını, sadəcə, adını açıqlamadığı bir tikinti firmasının idarəçisindən müəyyən miqdarda pul qəbul etdiyini etiraf edib. O, öz köməkçilərinə bunu "siyasi yardım" olaraq qeydə almaq tapşırığını verib.

 

Amari baş nazirin iqtisadi islahatlar planında "diqqət dağıdan bir faktor" olmaq istəmədiyini açıqlayaraq, vəzifəsindən istefa verib. 

Müəllif | Apa.Tv
Apa.tv