Səudiyyə Ərəbistanında şiə məscidinə hücum oldu

Səudiyyə Ərəbistanında şiələrin çoxluq təşkil etdiyi məscidə hücum olub.

 

APA TV-nin xəbərinə görə, ölkənin şərqində yerləşən əl-Ahsa şəhərində baş verən hadisə nəticəsində 3 nəfər ölüb.

 

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü hadisəni "Reuters"ə danışıb: "Cümə namazı vaxtı İmam Rza məscidinə iki kamikadze daxil olmağa çalışıb. Mühafizəçilər mane olub. Bundan sonra onlardan biri özünü partladıb, digəri silaha əl atıb. Yaralanan terrorçu ələ keçirilib".

 

Hadisə baş verən ərazidə bir neft şirkətinin əməkdaşlarının yaşadığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv