Rusiya təyyarələri Suriyada humanitar yardım karvanını bombaladı: 4 ölü
Rusiya hərbi təyyarələri Suriyada humanitar yardım karvanını bombalayıb. APA TV-nin "Haberler"ə istinadən xəbərinə görə, Hələbin Aziz qəsəbəsində yardım maşınlarının dayandığı bölgənin bombalanması nəticəsində iki suriyalı ölüb, 10 suriyalı isə yaralanıb. Yaralılar Türkiyə sərhədindən keçirilərək Kilis Dövlət Xəstəxanasına çatdırılıb. Göstərilən köməkliyə baxmayaraq yaralılardan iki nəfər həyatını itirib.
Qeyd edək ki, Rusiya təyyarələri ötən ilin noyabr ayında da Azizdə yardım karvanını bombalamışdı. Nəticədə 7 nəfər ölmüş, 10 nəfər yaralanmış, 20 TIR isə yanaraq yararsız hala düşmüşdü.