Rusiya telekanalı Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib - TƏXRİBAT

Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı “Zvezda” reportajlarından birində Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edib. APA-nın məlumatına görə, yanvarın 28-də efirə gedən, Ermənistan Silahlı Qüvvələrinin yaranmasının 24-cü ildönümünə həsr olunmuş reportajda Ermənistan prezidenti Serj Sarkisyanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyanın “Erablur” hərbi panteonunu ziyarət etdiyi bildirilib, B. Saakyan "Artsax"ın - "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri kimi təqdim olunub.

 

Xatırladaq ki, “Zvezda” media qrupuna məxsus “Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalıdır.

Müəllif | Apa.Tv
Apa.tv