Ağdaşda dəhşətli yol qəzası: 3 avtomobil toqquşdu, 5 nəfər öldü

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

 

Nəticədə Əyyub Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İlham Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də Nicat Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv