Hacı Qəni: "Talışların ən böyük düşməni Ələkrəm Hümbətovdur"

"Ələkrəm Hümmətov talışların, ümumilikdə Azərbaycan xalqının ən böyük düşmənidir". 

 

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə APA TV-yə açıqlamasında deyib. O qeyd edib ki, Ələkrəm Hümmətovun Ermənistanda talışlar adından çıxış etməyə haqqı çatmır: "Yağı düşmənlərimizlə eyni stolda oturmaq, onlarla simpozium keçirmək, ağız-ağıza öpüşmək bizim üçün təhqirdir. Müstəqil məfkurəyə malik olmayan, xaricdən idarə olunan bir şəxsdir. Kukla kimi oynatdılar, saldılar millətin içinə və fitnə, fəsad törətmək üçün. bu günləri biz məhkum edirik və biz bir daha demək istəyirəm ki, bizim bölgəmizdə, ermənilərlə bir stol arxasında oturan insan bizim nifrətdən başqa bir şeyimiz yoxdur".

 

Hacı Qəni Axundzadə həmçinin bildirib ki, Ələkrəm Hümmətov milliyyətcə talış deyil. Belə ki, onun anadan olduğu kənddə talış dilini bilən çox az sayda ailə var: "Elə ki, ölkədə həssas bir dəqiqələrdə olan vaxtı gündəmə gətirmək üçün bu cür ölkəmizin, millətimizin ən böyük düşmənlərinin ortaya atdığı bir şou, bir fitnədir. Belə bir insanı biz qəbul etmirik və biz düşmən kimi ümumiyyətlə bu talışlıqdan çıxarılıb".

 

Hacı Qəni Axundzadə vurğulayıb ki, Ələkrəm Hümmətov Ermənistanda Azərbaycanın əleyhinə çıxışlar etməklə öz simasını bir daha nümayiş etdirib.

 

Müəllif | Apa.Tv