Şəmkirdə oğru ev sahibəsini bıçaqlayaraq qaçıb

Şəmkirdə oğru ev sahibəsini bıçaqlayıb. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-cı il təvəllüdlü Aynurə Fərhad qızı Məmmədova sağ budun kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Həkim Nurlan Qurbanovun sözlərinə görə, Aynurə Məmmədova 29 yanvar tarixində saat 23.10 radələrində Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına sol bud nahiyəsinin yuxarı 3/1-nin kəsilmiş deşilmiş yarası və bədənin müxtəlif nahiyələrinin və boyunun hematoması əziyi diaqnozu ilə daxil olub. Hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir. 

 

Cinayəti törədən şəxsin qonşuluqda yaşayan bir gəncin olduğu bildirilir. O evdə heç kimin olmadığını ehtimal edərək mənzilə daxil olub və oradan müəyyən məbləğdə pul aparanda Aynurə Məmmədova tərəfindən tanınıb. Bunu görən gənc qadını ayağından bıçaqlayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli