Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 7-yə çatdı
Gürcüstanda daha bir nəfər "donuz qripi" (H1N1) virusundan ölüb. APA TV-nin Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.
Hadisə ötən gecə Tiflisdə baş verib. Xəstənin müalicəsi gecikdiyindən, xəstəxanada keçinib.
Milli Mərkəzdən verilən məlumata görə, 2015-2016-cı il qrip mövsümündə 186 nəfər "donuz qripi" virusundan ölüb. Qeyd edək ki, artıq Gürcüstanda bu qripdən ölənlərin sayı 7 nəfərə çatıb.
Mərkəzin məlumatına görə, hazırda epidemiya təhlükəsi törətməyən 100 min nəfərdən 350 nəfər müəyyən edilərək qeydiyyata alınıb və xəstəliyə qarşı profilaktik tədbirlər həyata keçirilir.