Dollar və avro ucuzlaşdı, rubl bahalaşdı - AYIN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı fevralın ilk günü üçün xarici valyutaların məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının məzənnəsi yanvarın 29-u ilə müqayisədə ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5972 manat səviyyəsində müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7326 manatdır.
Rusiya rublunun dəyəri isə artıb. Hazırda 1000 Rusiya rublunun dəyəri 21 manat 10 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrini həftəiçi hər gün açıqlayır.