Türkiyədə PKK ilə növbəti döyüş: 5 terrorçu öldü, 5 əsgər yaralandı

Türkiyənin iki vilayətində keçirilən əməliyyatlar nəticəsində PKK terror təşkilatına ağır zərbələr vurulub.

 

APA TV-nin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları Şırnak vilayətinin Cizrə şəhərində və Diyarbəkir vilayətinin Sur şəhərində həyata keçirilib.

 

Əməliyyat zamanı 5 terrorist ölü ələ keçirilib. Cizrədə əməliyyat zamanı balkonda olan yaralları qurtarmaq istəyən təhlükəsizlik qüvvələrinə hücum zamanı 5 əsgər yaralanıb. Onlar təcili yardım vasitəsilə dərhal Cizrə xəstəxanasına çatdırılıblar.

 

Diyarbəkirin Sur şəhərində isə PKK-nın təhlükəsizlik qüvvələrinə qarşı başladığı hücumdan sonra terror təşkilatının 3 nöqtədə saxladığı sursat və silahlar ələ keçirilib. Ələ keçənlər arasında uzunlüləli silahlar, qumbaraatanlar və bomba qurğuları olub.

 

Müəllif | Apa.Tv