ABŞ-da asfalt çökdü - REAL GÖRÜNTÜ
ABŞ-ın Oreqon ştatında magistralda nəhəng dəlik əmələ gəlib. APA TV-nin xəbərinə görə, asfaltda yaranan boşluq Xarbor şəhəri yaxınlığında aşkar edilib.
Hazırda çökən ərazi genişlənir. Dəliyin diametri 25 metrə çatıb. Səbəb kimi regionda davam edən güclü yağışların təsiri göstərilir.
Ötən ilin sentyabr ayında analoji hadisə Avstraliyanın Reynbou Biç çimərliyində də qeydə alınıb. Həmin hadisə zamanı anidən çökən əraziyə avtomobil, furqon və sahildə dincələn insanların qurduğu bir neçə çadır da düşüb.