Xaçmazda 24 yaşlı gənc bıçaqlandı

Xaçmaz şəhərində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz şəhərinin Zeynəddin Babayev küçəsində 1992-ci il təvəllüdlü Kamran Teyyub oğlu Hacıbalayev bıçaqlanıb.

 

O, təcili tibbi yardım vasitəsilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Hadisə Kamran Hacıbalayevin anası Bəturə Hacıbalayevanın gözləri qarşısında baş verib. O bildirib ki, K.Hacıbalayev 19 yaşlı xalası oğlu Eldar və xalası Pəricahan Tamirova tərəfindən döyülüb. Bu zaman Eldar Tamirov K.Hacıbalayevin kürək nahiyəsindən bir bıçaq zərbəsi endirərək hadisə yerindən uzaqlaşıb: "Güclə ayırdım. Sexə çatanda anası tutdu yaxasından, oğlu da vurdu bıçaqla. 3 dənə bıçaq vurdu. Burdan apardı aşağı, orda da bıçaqladı. Bıçağı da atıb sağ tərəfə. Bıçaq da orda olmalıdır, əgər götürməyiblərsə. Aşağı apardı, orda bıçaqladı. Burdan sürüyüb çıxardılar ana-bala. Anası əllərini tutdu, balası da bıçaqla vurdu".

 

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədənlər Eldar Tamirov və Pəricahan Tamirova saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin motivləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan