Bakıda güclü külək, bölgələrdə yaz havası - PROQNOZ
Bakı və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 2-də hava şəraitinin çiskinli olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.