Şəki və Qax seçkiyə hazırlaşır
Azərbaycanın şimal-qərb bölgəsində fəaliyyət göstərən 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd, 115 saylı Şəki və 112 saylı Qax Dairə Seçki Komissiyalarının seçki məntəqələrində oktyabrın 9-na təyin edilmiş Prezidentinin seçkilərinə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim-planı”na uyğun davam etdirilir.
APA TV-nin məlumatına görə, 113 saylı Dairə Seçki Komissiyası əsasən Şəki şəhərini əhatə edir. Əvvəlcədən müəyyən olunmuş cədvəl üzrə dairə üzvləri məntəqələri gəzir, seçici siyahılarının yekunlarını, çıxarış və bildiriş alanların kimliyini dəqiqləşdirirlər. Dairənin 27 məntəqəsində səs verməsi nəzərdə tutulan 37.751 seçicinin siyahısı tam dəqiqləşdirilib. Bu dairənin15 məntəqəsində veb-kameralar quraşdırılıb.
...
115 saylı Şəki Dairə Seçki Komissiyasının 42 seçki məntəqəsində cədvələ uyğun tədbirlər həyata keçirilir. 7 məntəqədə veb-kameralar quraşdırılıb. Dairədən verilən məlumata əsasən, 36.369 seçicinin 2058 nəfəri ilk dəfə seçkidə iştirak etmək hüququ əldə edən gənclərdir.
...
114 saylı Şəki kənd DSK Şəkinin ən iri yaşayış məntəqələrini əhatə edir. Bu dairənin bəzi məntəqələri arasındakı məsafə bəzən 100 km-ə yaxın dəyişir. Dairənin ən ucqar 7 məntəqəsində veb-kameralar quraşdırılıb. Eləcə də əlillər üçün şərait yaradılıb.
...
112 saylı Qax Dairə Seçki Komissiyasından bildirilib ki, dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 41 min 193 seçici qeydə alınıb. Dairənin tərkibinə daxil olan 57 seçki məntəqəsindən 10-u şəhərdə, 47-si isə kəndlərdə yerləşir. Bütün məntəqələrdə təmir işləri aparılıb, məntəqələr lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə, habelə MSK tərəfindən göndərilən təşviqat plakatları, seçkilərin keçirilməsi üçün təlimatlarla təmin edilib. 8 məntəqədə veb-kamera quraşdırılıb. Seçkiqabağı təşviqatın aparılması, habelə təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində müvafiq yerlər ayrılıb.