İsrail prezidenti BMT kürsüsündən: "Xocalı faciəsi yəhudi qətliamından fərqlənmir"

"Biz daha çox göz yaşı axıtmaqla məşğuluq, amma iş görmək lazımdır". APA TV-nin məlumatına görə, İsrail prezidenti Reuven Rivlin bu sözləri BMT-nin Bş Assambleyasında Xolokost qurbanlarının xatirəsinə həsr olunan mərasimdə səsləndirib.

 

İsrail dövlət başçısı Xocalı faciəsini də yəhudilərin məruz qaldığı soyqırımından fərqlənmədiyini vurğulayıb.


Reuven Rivlin Xocalı qətliamını bəşər tarixində insanlığa qarşı törədilən ən qəddar cinayətlərdən biri adlandırıb. "Biz özümüzə sual verməliyik. Keçirilən belə mərasimlər törədilən soyqırımlara qarşı yetərlidirmi? Bu toplantılar Bosniyada törədilən qəddarlıqların qarşısını almaq üçün effektiv oldumu? Belə mərasimlər Xocalı faciəsinin qarşısını ala bildimi? Bəs əfqanların Taliban tərəfindən kütləvi surətdə qətl edilməsi? Suriyada belə hallara qarşı mübarizə üçün bu tədbirlərdə hansı addımlar atılıb?" - deyə İsrail prezidenti çıxışına əlavə edib.


Reuven Rivlin həmçinin Nigeriyada "Boko Haram"ın törətdiyi qanlı cinayətlər barədə də danışıb.

Müəllif | Apa.Tv
Apa.tv