Azərbaycanda 5 banka daha 16 milyon 670 min dollar satıldı
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 5 bank tərəfindən məcmu tələb 16,670 milyon dollar təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunub.