Türkməndağında soyqırımı - 22 MİN TON BOMBA ATILDI

Suriyanın rəsmi xəbər agentliyinin yaydığı bir məlumat Türkmən Dağında sıravi insanlara qarşı həyata keçirilən qətliamın və bombardmanların etirafı kimi dəyərləndirilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rusiya təyyarələri və Əsəd qüvvələri Türkmən Dağına 22 min ton bomba yağdırıb.

 

Üç ay davam edən döyüşlərdə havadan hər gün 50 dəfə hücum olub, qurudan isə Bayır Bucaq bölgəsinə 4 min 800 tank və topdan atəş açılıb.

Bundan əlavə Əsəd-Rusiya koalisiyası Türkmən Dağına 3 ay ərzində 4 min 500 raket zərbəsi də endirib.

Ötən ilin oktyabrından bu tərəfə Bayır Bucak bölgəsinə 800 ton varil bombası da düşüb.

Türkmən Dağına hücum 9 başqa-başqa nöqtələrdən həyata keçirilib. Bölgədəki 45 yüksəklik, Cebel Nisr, Meydancık, Beyt Faris, Sulas, Safkun, Telle yaşayış məntəqələri, həmçinin Zinzif və Şərifə təpələri həmin nöqtələrdən vurulub.

Bayır Bucağa atılan bombalar çoxlu sayda insan ölümünə, kəndlərin xarabalığa çevrilməsinə səbəb olub. Ərazidəki meşələr külə dönüb. Tərk edilən 73 kəndin sakinləri nə vaxtsa geri dönərkən yaşamağa yer tapmasınlar deyə, onların evləri dağıdılır.

Türkmən bölgələrinin qarşı tərəfin əlinə keçməsi Türkiyə sərhədində gərginliyi artırır. Əsəd rejimi 40 kilometrdən çox sərhəd xəttini ələ keçirib. Həmin ərazilərdən terrorçuların rahat şəkildə Suriyaya keçərək PKK-nın düşərgələrində təlimlərə qatılması təmin olunur.

Müəllif | Apa.Tv
Apa.tv