Saatlıda bir ailənin 3 üzvü qidadan zəhərləndi

Saatlıda bir ailənin 3 üzvü qidadan zəhərlənib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalar kəndində qeydə alınıb.

 

Kənd sakinləri - bir ailənin üzvləri olan 59 yaşlı Mədinə Ədim qızı Abbasova, 26 yaşlı Zümrüd Şakir qızı Əzgərova və 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə qidadan zəhərlənib. Saatlı Rayon Mərkəzi Xəstəxanasına  yerləşdirilən xəstələrə lazımi tibbi yardım göstərilib.

 

Xəstələrin qohumlarının verdiyi məlumata görə, onların mağazadan aldıqları ərzaqdan zəhərləndikləri ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı