Dollar ucuzlaşdı, avro bahalaşdı - YENİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı fevralın xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının məzənnəsi fevralın 1-i ilə müqayisədə ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5940 manat səviyyəsində müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7400 manatdır.
Rusiya rublunun dəyəri də azalıb. Hazırda 1000 Rusiya rublunun dəyəri 20 manat 60 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank xarici valyutaların məzənnələrini həftəiçi hər gün açıqlayır.