Bakıda 29 yaşlı gənc bıçaqlandı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 29 yaşlı İqbal Hüseynov Naxçıvanski küçəsində bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda 4 bıçaq xəsarəti aşkarlayıblar.

 

Tofiq Sadıqov, həkim: “Xəstə İqbal Hüseynov döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası ilə təcili yardım tərəfindən gətirilib. Birbaşa əməliyyat otağına verilib, əməliyyat olunub. Hazırda vəziyyəti orta ağırdır, reanimasiya şöbəsindədir. Müalicə və müayinə davam etdirilir”.

 

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat verilib. Yaralının vəziyyəti ağır olduğundan, onu dindirmək mümkün olmayıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv