Sumqayıtda yanğın bir ailəni evsiz qoydu
Yanğın 5 nəfərlik ailəni evsiz qoyub. APA TV-nin məlumatına görə, hadisə Sumqayıtın Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.
Qəsəbənin Dədə Qorqud küçəsində yanğın olub. Alov qısa müddət ərzində bütün evi bürüyüb. Ev sahibləri hadisədən xəbər tutsalar da, artıq gec olub.
Qonşuların zəngindən sonra əraziyə iki yanğınsöndürmə briqadası cəlb edilib. Lakin bütün müdaxilələrə baxmayaraq, evin böyük bir hissəsi və içərisindəki əşyalar tamamilə yanıb.
Fövqəladə Hallar Nazirliyinin təhqiqat qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində yanğının ilkin səbəbləri müəyyənləşib. Ehtimal olunur ki, alov qısaqapanmadan əmələ gəlib.