Seçki bülletenlərinin çapı nə vaxt başa çatacaq?
Seçki bülletenləriçap olunmağa başlayıb. Bununla bağlı mətbəəyə baş çəkən Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov Seçki Məcəlləsinə əsasən, bütün mübahisələr məhkəmələr səviyyəsində başa çatdıqdan sonra seçki bülletenlərinin çapı prosesinin başladığını deyib.
MSK sədrinin sözlərinə görə, bülletenlər həm dizayn, həm də format baxımından yüksək tələblərə cavab verir. Çap olunma prosesi ilə bülletenlərin paylanması paralel aparılacaq və oktyabrın 4-nə qədər bu proses başa çatacaq.
APA TV-nin xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, bülletenlər seçkiyə 5 gün qalmışa kimi dairə seçki komissiyalarına, 3 gün qalmış isə məntəqə seçki komissiyalarına çatdırılmalıdır.
Həm çap, həm də paylanma prosesi MSK üzvlər və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə aşkar şəkildə həyata keçirilir.