Britaniyanın xarici işlər naziri: "Putin ipə-sapa yatmayan biridir"

Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Suriya probleminin çözülməsində və ölkədə vətəndaş müharibəsinə son qoyulmasında Rusiya və İranın iştirakını əhəmiyyətsiz adlandırıb.

 

APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, nazir bu ölkələrin sülh prosesində ümumiyyətlə, maraqlı olmadıqlarını iddia edib.


"Ruslar və iranlılar Suriyanın indiki rejimi ilə sıx işləyirlər. Onların heç biri qarşı tərəfə kiçik güzəşt haqqında belə düşünmür. Rusiya və İran Əsəd rejimini saxlamaqda maraqlıdırlar", - deyə diplomat əlavə edib.


Hammond həmçinin qeyd edib ki, o, Vladimir Putinin hərəkətlərini başa düşmür və Rusiya prezidentini ipə-sapa yatmayan biri adlandırıb.

Müəllif | Apa.Tv
Apa.tv