Tovuzda maşın evin həyətinə aşdı, sürücü öldü

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə rayonunun Əsrik Cırdaxan kəndində qeydə alınıb.

 

Çeşməli kənd sakini, 53 yaşlı İsmayıl Məhərrəmov “Niva” markalı avtomobillə yaşadığı kənddən rayon mərkəzinə kartof apararkən maşını Əsrik Cırdaxan kəndində Asif Məhərrəmovun həyətinə aşırıb. Qəza zamanı ağır bədən xəsarəti alan sürücü hadisə yerində ölüb. Maşında olan kartof ətrafa dağılıb.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli