İŞİD-in "baş müftisi" öldürüldü

İŞİD terror təşkilatının "baş müftisi" öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, məlumatı İraq ordusu yayıb.

 

Xəbərdə bildirilir ki, İraq ordusuna aid təyyarələrin həyata keçirdiyi əməliyyatda İŞİD-in baş müftisi olaraq qəbul olunan Əbu Dücanə əl-Masri və onun yanında olan təşkilatın komandirlərindən Amir Hamid Əl-İsavi öldürülüb.

 

2014-cü ildə isə İŞİD əl-Masridən əvvəlki baş müfti Əbu Usamə əl-Kahtani dörd köməkçisi ilə birgə Tiqritin cənubunda öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv