Azərbaycanda bağlanmış banklardan biri açıldı
Azərbaycan Mərkəzi Bankının (AMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə "NBC Bank" ASC-nin lisenziyasının geri çağırılması haqqında 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı qüvvədən düşmüş hesab olunur.
"APA-Economics" xəbər verir ki, bu barədə bankın rəsmi Facebook səhifəsində yayılan xəbərdə deyilir.
"NBC Bank" ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən "NBC Bank" ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır", - deyə məlumatda bildirilir.