Pentaqon rəhbəri: "Rusiya, Çin, İran və İŞİD bizim üçün əsas təhlükədirlər"
"Rusiya, Çin, İran və İŞİD Birləşmiş Ştatlar üçün əsas təhlükədirlər". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir açıqlama ilə Pentaqon rəhbəri Eşton Karter çıxış edib.
Vaşinqtondakı çıxışı zamanı Eşton Karter bununla yanaşı, Birləşmiş Ştatların adları çəkilən ölkələrdən heç biri ilə münaqişə etmək niyyətində olmadıqlarını bildirib.
Eyni zamanda o, Birləşmiş Ştatların təhlükələrə göz yummaq niyyətində olmadığını xüsusi vurğulayıb. Birləşmiş Ştatları gözləyə biləcək digər təhdidlərdən danışan Eşton Karter bu təhdidlər arasında özəlliklə İran və güclənməkdə olan İŞİD-in adını qeyd edib.