Azərbaycanda məşhur şirkətin rəhbəri idman zalında öldü
Ötən gün “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becel vəfat edib. APA TV-nin məlumatına görə, Bakıdakı ticarət mərkəzlərinin birinin idman zalında məşq edərkən onun vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırılıb. Həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və Prokurorluğunun işçiləri gəliblər. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparılıb. Cem Becelin infarktdan öldüyü deyilir. Ancaq şirkət direktorunun ölümünün əsl səbəbləri aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. Mərhum uzun müddət basketbolla məşğul olub.