Sərnişin təyyarəsi partladı: ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra "Airbus A321" təyyarəsinin içində partlayış olub. APA TV-nin məlumatına görə, partlayış nəticəsində laynerin üstündə deşik əmələ gəlib.


Məlumata görə, səbəbi hələlik bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Bildirilir ki, partlayış anında təyyarə yalnız təzəcə sürət yığmağa başlayıbmış. Məhz buna görə, ciddi fəsadlar baş verməyib və pilot qəzalı enməni edə bilib. Təxmin edilir ki, bombanı yükün içində sərnişinlərdən biri keçirib. Məlumata görə, təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Onların hamısı təxliyə edilib.

 

Müəllif | Apa.Tv