Neft gün ərzində 1 dollara yaxın ucuzlaşıb

Dünya birjalarında xam neftin qiyməti yenə də ucuzlaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neft 24 saat ərzində təxminən 1 dollar ucuzlaşıb. Dünən 1 bareli 33,47 dollardan satılan "Brent" neftinin qiyməti bu gün səhər seanslarında 32,54 dollar olub. Qərbi Texas neftinin qiyməti isə uzun fasilədən sonra ilk dəfə 30 dollardan aşağı olub. Həftəyə 30,97 dollarla başlayan WTI nefti gün ərzində 1 dollardan çox dəyər itirib. Hazırda aprel ayı fyüçerslərində WTI markalı neftin qiyməti 29,72 dollar müəyyənləşib. Ekspertlər ABŞ-ın neft və benzin ehtiyatları açıqlandıqdan sonra qiymətlərin daha sürətlə aşağı düşəcəyini proqnozlaşdırır. Neft analitiklərinin əksəriyyəti bu gün açıqlanacaq hesabatlarda ehtiyatların həcminin artacağını ehtimal edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv