Azərbaycan BMT-nin Suriya ilə bağlı qətnaməsibni müsbət qarşılayır

"Azərbaycan BMT Baş Assambleyasının 68-ci Suriya ilə bağlı qətnamənin qəbul olunmasını müsbət qarşılayır".

 

APA TV-nin xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov qurumun Suriya ilə əlaqədar 2118 saylı qətnaməsinə münasibət bildirərkən deyib. Suriyada kimyəvi silahların istifadə edilməsi iddialarının araşdırılması üzrə BMT Missiyasının üzvlərinə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov, Suriyada kimyəvi silahlardan istifadə edilməsini və xüsusilə mülki insanların qətlə yetirilməsini Azərbaycan tərəfindən kəskin şəkildə pisləndiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov qəbul olunan qətnamənin kimyəvi silahların istifadəsinin beynəlxalq hüququn ciddi pozuntusu olduğunu təsdiq etdiyini və beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan əməl kimi qəbul etdiyini bildirib.

 

O, Azərbaycanın Suriyanın kimyəvi silah ehtiyatının mühafizəsi və məhv edilməsi üzrə Rusiya və ABŞ arasında bundan əvvəl əldə olunmuş anlaşmanı və bu xüsusda Kimyəvi Silahların Qadağan olunması Təşkilatının İcraiyyə Şurasının bu gün qəbul etdiyi qərarlarını müsbət qarşıladığını vurğulayıb və qətnamədə BMT TŞ-nin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qəti dəstəyinin ifadə olunmasının da xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və regional əməkdaşlıq məsələsi əsas müzakirə mövzusu olub. Elmar Məmmədyarov Məhəmməd Zərifi Azərbaycana səfərə dəvət edib.

 

Nazir Nyu-Yorkda ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Sherman ilə də görüşüb.

 

 

Müəllif | Apa.Tv