Poroşenko: "Rusiya Ukraynaya qarşı müharibəyə hazırlaşır"

Rusiyanın Ukraynaya qarşı açıq müharibəyə başlamaq ehtimalı ötən ilə nisbətən daha çoxdur. APA TV-nin məlumatına görə, bu fikirləri Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın "Bild" nəşrinə müsahibəsində deyib.

 

Poroşenko bildirib ki, hazırda Ukrayna ərazisində Rusiya hərbi komandanlığına tabe olan 8 min rus əsgəri var, sərhəd boyunca yerləşən hərbi bazalarda isə Rusiya qoşunları təlimlərə başlayıb.

 

"Rusiya müharibə hazırlığına külli miqdarda vəsait ayırıb və biz qarşı tərəfdən heç bir izahat ala bilmirik" deyən Poroşenko qeyd edib ki, Ukrayna təhdidə cavab verməyə hazırdır. Özlərini müdafiə etmək üçün Almaniyadan silah ala biləcəklərini deyən prezident bildirib ki, söhbət təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın təhlükəsizliyindən gedir. 

Müəllif | Apa.Tv
Apa.tv