Bağlanmış "Gəncəbank"ın əmanətçilərinə 1,5 milyon manat kompensasiya veriləcək
Azərbaycan Mərkəzi Bankı tərəfindən lisenziyası ləğv olunmuş "Gəncəbank" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına fevralın 4-dən başlanacaq. APA TV-nin məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bu bankın 378 əmanətçisinə 1,5 mln. manat məbləğində kompensasiya veriləcək.
Kompensasiyaların verilməsi üçün agent banklar da müəyyənləşib. Belə ki, əmanətçilərə kompensasiyalar “Rabitəbank”, “Unibank” və “Kapital Bank”ın filialları vasitəsilə veriləcək.