Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi bilindi

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

 

Qeyd edək ki, ötən il dekabrın 4-də “Günəşli” yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Müəllif | Apa.Tv
Apa.tv