ABŞ-ın pilotsuz uçan aparatı Türkiyədə qəzaya uğradı
Türkiyənin Adana şəhərində pilotsuz uçan aparat qəzaya uğrayıb.
APA-nın Türkiyənin “Milliyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, gecə saatlarında İncirlik hərbi bazasından qalxan pilotsuz uçan aparat Doğankənd məhəlləsində bir tarlaya düşüb.
Hadisə yerinə ABŞ hərbçiləri və yerli polis gəlib.
İncirlik hərbi bazasından verilən məlumatda pilotsuz uçan aparatın ABŞ-a məxsus olduğu bildirilib.