Lavrov: "Suriyada əməliyyatlar sonuncu terrorçu məhv edilənədək davam etdiriləcək"

"Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları terror təşkilatları üzərində qələbə əldə olunanadək davam edəcək".

 

APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirib.

 

S.Lavrov deyib ki, İŞİD, "ən-Nüsra Cəbhəsi" və buna bənzər terror qruplaşmaları məhv edilməyənədək Rusiya Suriyada hava əməliyyatlarını davam etdirməkdə qərarlıdır və bu əməliyyatların dayandırılması üçün heç bir əsas görmür.

 

Rusiyalı nazirin fikrini rəsmi Tehranda da müsbət qarşılayırlar. İranın ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti mətbuata açıqlamasında deyib ki, terrorçular silahı yerə qoymayanadək Suriyadakı hərbi əməliyyatların dayandırılması məqsədəuyğun deyil. 

Müəllif | Apa.Tv
Apa.tv