İŞİD terrorçuları Türkiyə əsgərlərinə atəş açdı

İŞİD terrorçuları Suriya sərhədində mina təmizləyən Türkiyə əsgərlərinə atəş açıb.

 

APA TV-nin "Milliyet"ə istinadən xəbərinə görə, eyni zamanda Qaziantepin Karkamış rayonu ərazisinə 3 top mərmisi də düşüb.

 

Bələdiyyəyə məxsus avtomobillərlə rayonda yaşayan əhaliyə İŞİD-çi terrorçuların atəş açması barədə xəbərdarlıq edilib.

 

Sərhədboyu ərazidə mina təmizləyən hərbçilərə atəşin Suriyanın Çerablus rayonundan atıldığı güman olunur. Türkiyə tərəfi terrorçulara cavab atəşi açıb. Atışmanın davam etdiyi bildirilir. Hadisə zamanı ölən və yaralananlar olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv