Prezident İlham Əliyev akademik Cəlal Əliyevin məzarını ziyarət edib

Fevralın 2-də Azərbaycan prezidenti İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim, akademik Cəlal Əliyevin məzarını ziyarət edib.

 

APA TV-nin xəbərinə görə, sonra dövlət başçısı Heydər məscidinə gəlib və burada akademik Cəlal Əliyevin hüzr mərasimində iştirak edib.

 

Mərasimdə mərhumun ruhuna “Quran” ayəsi oxunub.

Müəllif | Apa.Tv
Apa.tv