Azərbaycanda dollar ucuzlaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı fevralın 4-nə olan ABŞ dollarının rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dollar yenə manat qarşısında dəyərini itirib. Rəsmi məzənnəyə əsasən, sabah 1 ABŞ dollarının kursu 1,5858 manat olacaq. Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,5894 manat idi.

 

Mərkəzi Bank digər valyutaların məzənnələrini sabah açıqlayacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv