Dollar ucuzlaşdı, avro və rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının kursu manata nisbətdə aşağı düşüb. Mərkəzi Bank 1 dolların kursunu 1.5858 manat olaraq müəyyənləşdirib.
Avro isə manat qarşısında cüzi bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,7348 manatdır.
Rusiya rublunun kursunda da artım qeydə alınıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 20 manat 60 qəpik olaraq açıqlayıb.
Qeyd edək ki, xarici valyutaların kursu həftə içi hər gün açıqlanır. Mərkəzi Bank yanvar ayından etibarən ABŞ dollarının kursunu bir gün əvvəldən açıqlayır.