ABŞ-ın Florida ştatında Zika virusu ilə əlaqədar fövqəladə vəziyyət elan olundu

ABŞ-ın Florida ştatının 4 dairəsində Zika virusu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

APA TV-nin xəbərinə görə, bunu Florida ştatının qubernatoru Rik Skott bəyan edib.

 

Bildirilir ki, Florida ştatında bu günədək Zika virusuna 9 yoluxma halı qeydə alınıb. Həkimlərin rəyinə əsasən, xəstələnən insanlar virusa xaricdə səfərdə olduqları zaman yoluxublar. 

 

Xatırladaq ki, Zika virusuna ilk yoluxma faktı ötən il Braziliyada qeydə alınıb. Hazırda virus dünyanın 20-dən çox ölkəsində yayılıb.

Müəllif | Apa.Tv
Apa.tv