Azərbaycanda ömürlük məhbus özünü asdı

Azərbaycanda ömürlük məhkum intihar edib. Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Qobustan həbsxanasında qeydə alınıb.

 

Həmin həbsxanada cəza çəkən, ömürlük məhbus, 1975-ci il təvəllüdlü Sübhay Əşrəf oğlu İbrahimov özünü asaraq intihar edib.  

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, S.İbrahimov 2015-ci ildə Cinayət Məcəlləsinin 6 maddəsi ilə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Müəllif | Apa.Tv
Apa.tv