Masallıda elektrik yarımstansiyasında güclü yanğın - HƏVƏSKAR ÇƏKİLİŞ

Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə saat rayonun Tüklə kəndi ərazisindəki elektrik yarımstansiyasında qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsindən 3 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Lakin yanğın getdikcə şiddətləndiyindən, Lənkəran və Cəlilabad rayonlarından müvafiq olaraq daha 2 yanğınsöndürən maşın cəlb olunub. Onların birgə səyləri nəticəsində iki saatlıq mübarizədən sonra yanğını lokallaşdırmaq mümkün olub.

 

Yarımstansiyadakı transformatorlar yararsız vəziyyətə düşdüyündən, Lənkəran və Masallı rayonlarının ümumilikdə 20-yə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda qəza briqadaları elektrik enerjisinin nəqli istiqamətində müvafiq tədbirlər görürlər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv