Cəzaçəkmə müəssisəsində daha bir ölüm - SƏBƏB

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisində ölüm hadisəsi baş verib.

 

Nazirliyin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya bildirib ki, fevralın 3-də 10 saylı cəzaçəkmə müəssisəsində səhər yoxlaması zamanı məhkum Bədəlov Rahil Zahir oğlu qəflətən dünyasını dəyişib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv