NATO baş katibi: "Rusiya İsveçə nüvə hücumu hazırlayır"
NATO-nun baş katibi Yens Stoltenberq qurumun illik hesabat yığıncağında çıxışı zamanı Rusiyanın son üç il ərzində hərbi gücünü artırdığını bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, baş katib rusların nüvə arsenalını da zənginləşdirdiyini vurğulayıb. O, Rusiyanın bu illər ərzində keçirdiyi hərbi təlimləri və həmin təlimlərdə nə qədər canlı qüvvədən istifadə edildiyini də açıqlayıb.
"Bu təlimlərdə NATO-ya üzv olan ölkələrə qarşı istisna edilməyən nüvə hücumları simulyasiya olunub. Həmin ölkələrin ilk sırasında isə İsveç gəlir", - deyə Yens Stoltenberq bəyan edib.
NATO-nun baş katibi qurumun son zamanlar Avropada hərbi kontingentini gücləndirməsini məhz bu təhlükənin qarşısını almaq üçün atılan addım kimi dəyərləndirib.
Xatırladaq ki, alyansın son zamanlar xüsusilə Şərqi Avropaya əlavə hərbi qüvvələr yerləşdirməsini Kreml Rusiyaya qarşı ciddi təhlükə kimi qiymətləndirib.