İŞİD-in Yəmən qruplaşmasının lideri öldürüldü

İŞİD qruplaşmasının bölmə başçılarından biri ötən gecə ABŞ-a məxsus iki pilotsuz təyyarənin hücumu nəticəsində ölüb.

 

APA TV-nin Reuters-ə istinadən xəbərinə görə, İŞİD-in Yəmən qruplaşmasının rəhbəri Cəlal Balidi Zincibar şəhərindən Şükrü şəhərinə doğru hərəkət edən avtomobilin atəşə tutulması nəticəsində öldürülüb.

 

Bombardman zamanı ümumilikdə 12 terrorçu öldürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv